Tromboflebit
Tromboflebit Tromboflebit - aşağı ətraf varikoz genişlənmiş damarlarının mürəkkəb bir fəsadıdır. Tromboflebitin inkişafının səbəbləri çox…
Varikoz krem nə vaxt istifadə etmək olar? Aşağı ətrafların varikoz genişlənmiş damarları xroniki bir xəstəlikdir, bu səbəbdən mütləq müalicə tələb edir. Xəstəliyin erkən mərhələlərində müalicəyə başlamaq məsləhətdir. Bu vəziyyətdə konservativ üsullar yaxşılaşdırma kimi təsirə sahib ola bilərlər.
Dünyada varikoz genişlənmiş damarların başlanğıc mərhələsinin müalicəsini bədən xaricinə istifadə olunan dərman preparatları ilə həyata keçirirlər. Bədən xaricinə istifadə olunan dərmanlara məlhəm və gel aid edilir. Ümumiyyətlə, bu preparatlara heparin daxildir (qanın laxtalanmasına təsir göstərir). Bu müalicələrdə istifadə olunan heparin birbaşa antikoaqulyantlar qrupuna aiddir. Bu preparat qanın laxtalanma amillərinə təsir etdiyi üçün qan axının yaxşılaşdırılmasına səbəb olur. Heparin əsaslı gel və məlhəmlər varikoz genişlənmiş damarların simptomlarının şiddətini azaltmağa kömək edir. Bu preparatın ayaqlardakı şişkinliyi aradan qaldırılmağa qadirdir. Həmçinin, pasiyent gel və məlhəmlərin istifadəsindən sonra simptomların azalmasını hiss edir. Bununla yanaşı, masajın da ayaqlara müsbət təsiri vardır.
Təəssüf ki, varikozun gel və məlhəmlərlə müalicəsi ancaq pasiyentin vəziyyətinin müvəqqəti olaraq yaxşılaşmasına kömək edir, lakin varikoz genişlənmiş damarların əsas yaranma səbəbinə təsir etmir. Varikoz genişlənmiş damarların yaranmasının əsas səbəbi damar divarının elastikliyinin azalması və damarların qapaq aparatının pozulmasıdır. Heparin əsaslı məlhəm və gel istifadəsi varikoz xəstəliyinin müxtəlif mərhələlərində (profilaktik məqsədlə daxil olmaqla), habelə postoperativ dövrdə də nəzərdən keçirilir.
Əməliyyatdan sonrakı dövrdə (Miniflebektomiya, Endovasal Lazer Ablasiyasından sonrası) bu vasitələr aşağı ətrafların yara və göyərmə fəsadlarını azaltmağa kömək edir. Nəzərə almaq lazımdır ki, məlhəm və gel yalnız aşağı ətrafların varikoz damarları üçün kompleks bir terapiya kimi istifadə edilməlidir.
Müalicəedici məlhəm və gellərin bir sıra əks təsirləri var. Məsələn, heparin əsaslı məlhəm və gellərə qarşı allergiyası və laxtalanma problemi olan pasiyentlərin bu vasitələrdən istifadəsi qadağandır. Varikoz damarları müalicə etmək üçün istifadə edilən məlhəmlər və gellər trombositopeniya, hemofiliya və digər xəstəliklərdən və ya qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərə məsləhət deyil. Məlhəm və gellər açıq yaralara və nazik dərilərə tətbiq edilməməlidir.
Məlhəm və gellər varikoz genişlənmiş damarların az miqdarda tonusunu və onların keçiricilik qabiliyyətini artırır. Damar divarlarını bir qədər gücləndirir, tromboz və iltihabla mübarizə aparır.