skip to Main Content

Əməliyyatdan sonrakı dövrdə pasiyent nə etməlidir?

Əməliyyatdan Sonrakı Dövrdə Pasiyent Nə Etməlidir?

Əməliyyatdan sonrakı dövr müddətində müəyyən qaydalara riayət edilərsə, varikoz damar problemi yenidən yaranmır. Ancaq başa düşmək lazımdır ki, yalnızca cərrahi müdaxilənin olduğu damarlar yenidən genişlənmir. Bəzi cərrahi müdaxilələrdə patoloji genişlənmiş damarlar qan sistemindən çıxarılır. Bu prinsip ilə klassik Flebektomiya və Miniflebektomiya həyata keçirilir. Endovasal Lazer Ablasiyası və Radio Ablasiyası aparıldıqdan sonra varikoz damarlar obliterasiyaya meyilli olur. Yəni əməliyyatdan sonrakı dövrdə genişlənmiş damarların boşluğu olmur və onlar ancaq nazik iplər kimi görünürlər. Beləliklə, bu damarlar vasitəsilə qan axını baş vermir. Buna görə əməliyyat sonrası dövrlərdə təkrarən damarların genişlənməsi hadisəsi olmur.

послеоперационный период

Varikoz damarlar yenidən yarana bilərlərmi?

Varikoz xəstəliyi əvvəl müalicə edilmiş damarlarda yenidən yaranmasa da, yeni damarlara təsir edə bilər. Bu damar divarlarının zəifliyi, genetik meyilliliyin olması və s. amillər ilə bağlıdır. Əməliyyatdan bir müddət sonra əvvəlki kimi eyni risk faktorları yaranarsa, varikoz damarların təkrar inkişafı mümkündür. Buna görə də xəstəliyin təkrarlanmaması üçün aşağıdakı qaydalara riayət edilməlidir:

  • antivarikoz corab istifadə edilməlidir;
  • əməliyyatda iştirak edən həkim-fleboloq tərəfindən təyin edilən dərmanlar (venotoniklər) qəbul edilməlidir;
  • həkim-fleboloq tərəfindən tövsiyə olunan müalicə xarakterli məlhəm və yaxud gel istifadə edilməlidir;
  • sauna və isti vanna qəbulundan imtina edilməlidir;
  • əməliyyat sonrası dövrdə müvəqqəti olaraq günəş vannası və solyaridən imtina olunmalıdır;
  • mümkün olduqda ayaqlarda varikoz damarlarının inkişafı üçün risk faktorlarını aradan qaldırmaq lazımdır. Fəal həyat tərzinə keçmək, yəni sağlam qidalanmaq, pis vərdişlərdən uzaq olmaq və faydalı idmanlarla məşğul olmaq gərəklidir.

Əgər əməliyyatdan sonrakı dövrdə bu qaydalara riayət edilərsə, ayaq damarlarının təkrar genişlənməsi halı baş vermir. Xüsusilə bu halda qadınların öz sağlamlığına diqqət yetirməsi vacibdir. Unutmaq olmaz ki, qeyri-sabit hormonal fon ayaqlarda varikoz damarlarının aparıcı səbəblərindən biridir.

Əməliyyat üsullarına görə əməliyyatdan sonrakı dövr

Əməliyyatdan dərhal sonra (klassik Flebektomiya istisna olmaqla) pasiyentin özünün ayağa qalxmasına icazə verilir. Bu vəziyyətdə pasiyent cərrahi müdaxiləyə məruz qalmış ayağına antivarikoz corabını geyinməlidir və ya ayağını elastik bintlərlə sarımalıdır. Skleroterapiya kimi minimal invaziv prosedurlar tətbiq olunan ayaq damarlarında ikinci dəfə varikoz xəstəliyi yaranmır. Buna səbəb Skleroterapiya prosedurunun həyata keçirildiyi kiçik damarlarda və kapilyarda qan axının dayanmasıdır. Həmçinin Exoskleroterapiya prosedurundan sonra da damarlarda təkrarən varikoz genişlənməsi baş vermir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top