Tromboflebit
Tromboflebit Tromboflebit - aşağı ətraf varikoz genişlənmiş damarlarının mürəkkəb bir fəsadıdır. Tromboflebitin inkişafının səbəbləri çox…
Varikoz damar xəstəliyi insanda venoz sistemin ən çox yayılmış xəstəliklərindən biridir. Damarlarda varikoz problemi ürək-damar xəstəliklərinin ayrı bir şaxəsidir. Varikoz damarların qarşısının alınması üçün əsas şəraitdən biri idman etmək və düzgün qidalanmaqdır. Ümumiyyətlə, əksər insanlar varikoz damarlar zamanı fiziki fəaliyyətin əks göstəriş olduğunu hesab etsələr də, bu belə deyildir. Varikoz xəstəliyinin qarşısının alınması üçün orta dərəcədə fiziki güc tətbiq edilməlidir. İdman fəaliyyəti, həmçinin varikoz damarların kompleks müalicəsi üsullarından biri kimi də istifadə olunmaqdadır.
Qapaq aparatının düzgün işləməsi üçün ən ideal idman növü “üzgüçülük” hesab edilir. Su damarların üzərində yumşaq sıxılma təsirinə malikdir. Bu vəziyyətdə bütün əzələ qrupları (ayaq əzələləri daxil) işləyir. Əzələlərin aktiv fəaliyyəti sayəsində qan dövranı yalnız aşağı ətraflarda deyil, həm də bütün bədəndə yaxşılaşır. “Skandinaviya gəzintisi” və yoqa da damarların vəziyyəti üçün faydalıdır. İdman edilən vaxtı əsas məqam təhlükəsizlik texnikasına riayət etmək və məşqçinin tövsiyələrini yerinə yetirməkdir. Amma idman zalında fitnes və ya ağır məşqdən istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Həddindən artıq yüklər damar divarının vəziyyətinə mənfi təsir göstərə bilər.
İdman zalı içərisində zədələrin qarşısını almaq üçün hər hansı bir fiziki fəaliyyət məşqçinin nəzarəti altında aparılmalıdır. Varikoz xəstəliyinin inkişaf səviyyəsinə görə ən yaxşı idman növləri həkim-fleboloq tərəfindən tövsiyə edilə bilər. Terapevtik gimnastika tamamilə istisnasız olaraq göstərişdir. Bu təlimlər ayaqlarda qan dövranını yaxşılaşdırmağı hədəfləyir.
Müvafiq qidalanma qaydalarına riayət etmək lazımdır. Gündəlik olaraq pəhriz və kifayət qədər meyvə-tərəvəzdən istifadə edilməsi karbohidrat və yağ yükünün azalmasına səbəb olur. Birincisi – bədənin artıq çəkisinin azalması səbəbindən damarların qapaq aparatının fəaliyyətinə müsbət təsir göstərir. İkincisi – tərəvəz və meyvələr lazımi vitamin və mikroelementlərlə zəngin olduğu üçün damar divarının vəziyyətinə müsbət təsir edirlər. Qidalanma rejimində bədənin normal işləməsi üçün gündə ən azı 2 litr təmiz su içmək lazımdır.