Miniflebektomiya əməliyyatı nədir və necə icra olunur?
Miniflebektomiya nədir?
Ayaqlarda varikoz damar problemi ilə qarşılaşan bir şəxs müalicə olunmazsa, öz vəziyyətini daha da ağırlaşdıracağından xəbərdar olmalıdır. Xəstəliyin ilk əlamətləri müşahidə olunduqda məsləhət üçün həkim-fleboloqa müraciət etmək vacibdir. Vaxtında həkimə müraciət edilmədikdə, müalicə gecikdirildikdə və xəstəliyin ən ağır fəsadları olan mərhələsinə çatdıqda həkim cərrahi müalicəni məsləhət görə bilər. Miniflebektomiya – varikoz damarların cərrahi müalicəsinin növlərindən biridir.
Varikoz damarların aradan qaldırılması üçün minimal boşluqlar vasitəsilə cərrahi əməliyyatlar alman həkim Varadi tərəfindən təklif olunmuşdur. Miniflebektomiya müəllifin şərəfinə olaraq, Varadi metodu adlandırılır. Bu metod varikoz damarlarının müalicəsində bu günə qədər çox məşhurdur, çünki minimal invaziv prosedurlara aid edilir.
Miniflekbektomiya kimlərə göstərişdir?
Bu operativ müdaxilə CEAP təsnifatının C2 mərhələsində göstərilir. Bu mərhələyə günortadan sonra ayaqların şişməsi, ağırlığın, yorğunluğun artması və dərinin səthində genişlənmiş damarların əmələ gəlməsi daxildir. Damarların genişlənməsini və diaqnozunu Rəngli Doppler – ultrasəs müayinəsindən (USM) sonra yalnız həkim-floboloq təyin edə bilər. İnkişafın C2 mərhələsindən başlayaraq, varikoz damarlar konservativ müalicəyə cavab vermir.
Miniflebektomiyaya hazırlıq necə aparılır?
Bu müdaxilə xüsusi hazırlıq tələb etmir. İnfeksiya (sifilis, hepatit və s.) və qanın qatılıq qabiliyyətinə görə qan testi keçmək kifayətdir. Yaşlı insanlar üçün əməliyyatdan əvvəl EKQ-nin edilməsi məsləhət görülür.
Miniflektomiya necə həyata keçirilir?
Rəngi Doppler müayinəsindən sonra həkim-fleboloq patoloji genişlənmiş damarın yerini müəyyənləşdirir və damarları dəri üzərində işarə edir. Sonra xüsusi tibbi vasitələrlə lokal anesteziya altında kəsilmiş dərinin kiçik bir hissəsindən varikoz genişlənmiş damarların çıxarılması həyata keçirilir. Əməliyyatın ortalama müddəti 30-40 dəqiqədir.
Əməliyyatdan sonrakı dövr necə olur?
Klassik Flebektomiyadan fərqli olaraq, Miniflebektomiya ümumi anesteziyanın istifadəsini tələb etmədiyi üçün reabilitasiya müddəti kəskin azalır. Həmçinin prosedur günündə pasiyent tibbi müayinədən tez bir zamanda keçə bilir və əməliyyatdan 1-2 gün sonra adi rejimdə iş həyatına qayıda bilər. Yalnız əməliyyatdan sonra 3-4 həftə ərzində (pasiyent üçün dəqiq vaxt həkim-fleboloq tərəfindən müəyyən edilir) sıxılma trikotajlarından istifadə etmək lazımdır. Antivarikoz corablar əməliyyatdan sonrakı şişkinliyin və digər fəsadların aradan qaldırılmasına kömək edir. Lakin gecə yatarkən sıxılma trikotajları çıxarılmalıdır.