skip to Main Content

Kapilyarlar

Kapilyarlar

Kapilyarlar nədir və onlar hansı funskiyaları yerinə yetirirlər?

Kapilyarlar insan bədənində ən kiçik qan damarlarıdır. Onlar toxumalar və qan arasında qan tədarükü və qaz mübadiləsi üçün zəruridirlər. Kapilyarlar dəriyə çox yaxındır və bəzi hallarda dəri səthində görünə bilirlər. Əgər kapilyar torlar çox inkişaf edirsə və dərinin böyük bir səthini tutursa, onun yaranma səbəblərini araşdırmaq lazımdır. Kapilyar torlar (xüsusilə qadınlar üçün) ciddi kosmetik problemlər yaradır. Lakin estetik problemlərdən əlavə, kapilyar torlar varikoz damarlarının ilk klinik əlamətləri də ola bilərlər. Kapilyarlar ən kiçik damarlar kimi dəyişikliklərə daha həssas olur. Bu, kollagenin və elastikliyin azalması ilə əlaqələndirilir. Beləliklə, kapilyarlar ayaqlarda varikoz damarların inkişafının ilk markerləridir.

Əgər bu vəziyyətdə müalicəyə başlanılarsa, ciddi fəsadlardan qorunmaq olar. Məsələn, trofik yaraların inkişafından və günün sonunda ayaq şişkinliyindən xilas olmaq mümkündür.

Kapilyar torlar necə müalicə oluna bilər?

Müalicəyə başlamaq üçün ilk növbədə tibb müəssisəsində həkim-fleboloqdan məsləhət almaq lazımdır. Kapilyar torları vaxtında müalicə etməklə aradan qaldırmaq kifayət qədər asandır. Məlhəmlər və gellər tətbiq olunan nahiyədə müvəqqəti olaraq vəziyyəti yüngülləşdirə bilər, lakin bu metod həmişəlik kapilyar torlardan xilas etmir. Genişlənmiş kapillyarların aradan qaldırılması üçün həkim-fleboloq Skleroterapiya seansları təklif edə bilər. Skleroterapiyanın bir neçə seansı ilə kapilyar torlar problemindən həmişəlik xilas olmaq və ayaqların estetik və sağlam görünüşü bərpa etmək mümkündür.

Həkimin tövsiyələrinin yerinə yetirilməməsi halında kapillyar torlar ayaq dərisində yenidən özünü göstərə bilər, lakin bu yalnız Skleroterapiya proseduruna məruz qalmayan yeni kapilyaların genişlənməsi vasitəsilə baş verir. Bunun qarşısını almaq üçün profilaktik məqsədlə hər 6 aydan bir həkim-fleboloqa müraciət etmək lazımdır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top