Ayaq damarlarının genişlənməsi
Ayaq damarlarının genişlənməsi hansı səbəbdən baş verir?
Ayaq damarlarının genişlənməsi səbəblərini anlamaq üçün damarların anatomik quruluşunu və ayaqdakı qan dövranının xüsusiyyətlərini bilmək lazımdır. Normal hallarda sağlam bir insanda qan axınına görə kiçik və böyük qan dövranı var. Kiçik qan dövranı ürəkdən başlayaraq ağciyərlərdən keçib həyat üçün əhəmiyyətli olan oksigenlə zənginləşir. Böyük qan dövranı aşağı ətraflar da daxil olmaqla bütün bədəni əhatə edir. Arterial qan (oksigenlə zəngin) ürəkdən başlayaraq arteriyalarla ayaqlara axır və aşağı ətraflardan isə venalarla qayıdır.
Qan aşağı ətraflardan ürəyə necə gəlir (aşağıdan yuxarıya)?
Bu prosesdə damarların boşluğunda yerləşən qapaq aparatı iştirak edir. Onlar yalnız birtərəfli açıla bilər, yəni qapaq, qan axınını ayaqlara geri qayıtmağa imkan vermir. Qapaq tam bağlanma qabiliyyətini itirdikdə və klapanların arasında boşluq meydana gələrsə, həmin nahiyədə reflyuks (qanın geri qayıtması) baş verir. Bu səbəbdən də damarların genişlənməsi meydana çıxır. Ayaq damarlarının genişlənməsi varikoz damar xəstəliyi adlanır. Ayaq damarlarının genişlənməsi təhlükəli bir haldır, çünki onların daxilində qan durğunlaşır, ağırlıq və ağrı şəklində xoşagəlməz hisslərə səbəb olur. Bundan başqa, qanın durğunluğu səbəbindən toxumalar və qan arasındakı qaz mübadiləsi pozulur, dəridə digər yaraların meydana gəlməsinə səbəb ola bilir.
Səhər və günortadan sonra pasiyentin heç bir şikayəti olmasına baxmayaraq, axşam saatlarında nə üçün ağırlıq, ağrı və şişkinlik kimi şikayətlər olur?
Bu sualın cavabı insanın yatmış vəziyyətdə olduğu vaxtda ayaqlardan ürəyə gələn qanın maneəsiz axınıdır. Günün sonrakı saatlarında isə mövqeyimizi şaquli olaraq dəyişdirdiyimiz üçün qan axını yenidən çətinləşir. Beləliklə də, ayaqların varikoz damarları formalaşır.