skip to Main Content

Hormonal terapiya və varikoz xəstəliyi

Hormonal Terapiya Və Varikoz Xəstəliyi

Hormonal terapiya nəyə təsir edə bilər? Niyə kontrasepsiya məqsədilə hormonal terapiyanın təyin olunmasından əvvəl və ya hormonal müalicəyə başlamazdan qabaq həkimlər pasiyentin ayaq damarlarında varikoz xəstəliyinin inkişafının olub-olmadığını müəyyənləşdirirlər?

Hormonal müalicə ayaq damarlarında varikoz xəstəliyinin yaranmasına necə təsir edir?

гормональная терапия

Əslində istifadə edilən oral kontraseptivlərdəki hormonlar hamiləlikdə lazım olan hormonlarla eynidir. Onlar həmçinin hamiləlikdə də fəal iştirak edirlər. Progesteron damar divarının əzələ tonusunu azaltmağa kömək edə bilir. Lakin damar divarının əzələ tonusunun azalması ilə damarların qapaq aparatının da işi pozulur. Bu baxımdan ayaq damarlarında varikozu olan pasiyentlərə oral kontraseptivlər tövsiyə edilmir. Bundan əlavə hormonlar qanın qatılaşmasına səbəb ola bilər və bu səbəbdən ayaq damarlarında varikoz xəstəliyi varsa, belə hallar pasiyentin vəziyyətini pisləşdirir.

Bəzi hallarda damarlarda varikoz xəstəliyinin  fəsadları yarana bilər. Belə fəsadlar tromboflebit və ayaqların dərin damarlarının trombozunu əhatə edir. Həddindən artıq fəsad dərəcəsi isə ağciyər arteriyasının trombuzunun yaranmasıdır. Xüsusilə oral kontraseptivləri qəbul edərkən o qadınlarda tromboz yaranması riski var ki, onlarda qanın qatılaşmasına meyillilik vardır. Bu fəsadlardan yayınmaq üçün hormonal preparatlar təyin etməzdən əvvəl həkim pasiyentə qan analizi təyin edir.

Menopoz zamanının qadınlarda daha rahat keçməsi və sabitləşməsi üçün hormonal terapiya təyin oluna bilər. Lakin oral kontraseptivlərin vəziyyəti ilə yanaşı qadının venoz sisteminin vəziyyətini də nəzərə almaq lazımdır.

Hormonal dərmanlarla müalicə damarlarda varikoz xəstəliyinin yaranmasına səbəb ola bilərmi?

kapilyarlar

Mütləq bilmək lazımdır ki, hormonal terapiya ayaq damarlarında varikoz xəstəliyinin yaranmasına səbəb ola da bilər, olmaya da bilər. Pasiyentin varikoz damarlarında genetik meyilliliyin olması halında, hormon terapiya hamiləlik və digər risk faktorları (oturaq iş, passiv həyat tərzi, artıq çəki) kimi damarlarda da varikoz xəstəliyinin inkişafına səbəb ola bilər.

Ayaq damarlarında varikoz xəstəliyi olarkən hormonal terapiya ləğv olunmalıdırmı?

Hormonal preparatlarla müalicənin ləğv edilməsini və ya müalicənin davam etdirilməsini həmin müalicəni aparan həkimlə məsləhətləşmək lazımdır. Həkim hormonal dərmanlarla müalicənin dayandırılmasının nəticəsini qiymətləndirir. Daha sonra o, damarlarda varikoz xəstəliyinin mümkün fəsadlarının risklərini araşdırır. Yalnız bundan sonra həkim bu iki vəziyyəti müqayisə edərək, bu suala birmənalı şəkildə cavab verə biləcəkdir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top