Kişilərdə varikoz xəstəliyi
Kişilərdə varikoz olurmu?
Kişilərdə varikoz xəstəliyindən danışmazdan əvvəl bilmək lazımdır ki, ümumiyyətlə aşağı ətrafın varikoz genişlənmiş damar xəstəliyinin yalnız qadınlarda olmasını qəbul etmək düzgün deyil, çünki bu xəstəlik həmçinin kişilərdə də rast gəlinir. Çox güman ki, bu stereotipin olma səbəbi həqiqətən də, statistik məlumatlara əsasən, ayaqlarda genişlənmiş damarlardan qadınların kişilərə nisbətən iki dəfə daha çox əziyyət çəkmiş olmasıdır. Əslində ayaqların genişlənmiş varikoz damarları xəstəliyi həm kişi, həm də qadın cinsi üçün xarakterik sayılır. Amma nəzərə almalıyıq ki, kişilərdən fərqli olaraq, qadınlarda varikoz damarların inkişafı üçün qeyri-sabit hormonal fonda risklər həqiqətən daha yüksəkdir.
Kişilərdə varikoz xəstəliyinin əsas yaranma səbəbi
Kişilərdə risk faktorlarından biri – ağır fiziki fəaliyyətin olmasıdır. Ağır yüklər qaldırarkən yükün böyük bir hissəsi aşağı ətraflara düşür. Bu damar divarının zəifləməsinə səbəb ola bilir və hətta ayaq damarlarında varikoz xəstəliyinə gətirib çıxara bilər. Həmçinin, genetik meyillilik də kişi cinsində ötürülə bilər. Ümumiyyətlə, kişilər ayaqlarındakı varikoz xəstəliyinin ilk simptomlarına adətən əhəmiyyət vermirlər.
Statistik rəqəmlərə görə, axşam saatlarında ayaqlarında şişkinlik, yorğunluq və ağırlıq kimi şikayətləri olan kişilərin qadınlara nisbətdə həkim-fleboloqa müraciət etməsi bir neçə dəfə daha azdır. Kişilər qadınlara nisbətən daha az həkim-fleboloqa müalicə üçün müraciət edirlər. Xəstəliyin erkən mərhələlərində konservativ (qeyri-cərrahi) müalicə ilə pasiyentə kömək etmək olar. Lakin kişilər ayaq damarlarının varikoz xəstəliyinin inkişaf mərhələsində kömək üçün həkim-fleboloqa müraciət etməmələri səbəbindən onlar üçün tez-tez cərrahi müalicə nəzərdə tutulur.
Kişilərdə varikozun müalicəsi hansı üsullarla həyata keçirilir?
Kişilərə və qadınlara eyni cərrahi müdaxilələr icra olunur. Varikoz damarlarına əməliyyat müdaxilələri Endovasal Lazer Ablasiyası, Miniflebektomiya, Radio Ablasiyası daxildir. Kişilərin istəyindən asılı olaraq, Skleroterapiya proseduru həyata keçirilə bilər. Belə ki, kişilərdə varikoz xəstəliyinin müalicəsinin prinsipcə qadınların müalicəsindən heç bir fərqi yoxdur.
Kişilərdə varikoz damarların inkişafının qarşısını almaq üçün profilaktik tədbirlərə nələr daxildir və baş verən ağırlaşmaların azaldılması riski üçün nə edilməlidir?
- Fiziki fəaliyyəti məhdudlaşdırmaq, eyni zamanda ağır çəki qaldırmaqla bağlı olan idmanların zərərli olduğunu unutmamaq lazımdır (məsələn, ağır atletika);
- Bədən çəkisinə diqqət etmək mütləqdir. Bədənin artıq çəkisi ayaq damarlarında varikoz xəstəliyinin risk faktorlarından biri sayılır;
- Kişilər terapevtik kompressiya trikotajını həkim-fleboloqun göstərişləri və tövsiyələri varsa, geyinməlidir.