Trofik yaralar – Varikoz damarlarının fəsadları
Varikoz damarlarının fəsadları
Varis xəstəliyi müalicə edilməlidir. Bunun bir neçə əsas səbəbi var. Bunlardan biri də varikozun yaratdığı fəsadlardır. Varikoz genişlənmiş damarlarının fəsadları insan sağlamlığına böyük təhlükə yaradır. Bəzi hallarda, varikoz genişlənmiş damarlarının ağırlaşması bir insanın ölümünə səbəb ola bilər. Bu baxımdan varikoz gişlənmiş damarlarına diqqətsiz yanaşma olmamalıdır.
Aşağı ətraf varikoz genişlənmiş damarlarının mümkün olan fəsadlarını daha ətraflı nəzərdən keçirək.
Trofik yaralar
Aşağı ətraflarda trofik yaralar dərhal görünmür. Xəstəliyin başlanğıcından, trofik yaraların görünüşünə qədər, 8-10 il müddət lazım olur. Bu yaraların görnüşü aşağı ətraflarda qan dövranının əhəmiyyətli dərəcədə pisləşməsindən asılıdır. Toxumaların qidalanması kifayət qədər olmur.
Bu yaralar yalnız varikoz genişlənmiş damarlarının fonunda deyil. Şəkərli diabet də trofik yaralara səbəb ola bilər. Bu baxımdan, son diaqnoz qoyulmazdan əvvəl, fleboloq həkim tam məlumat toplayır və hər hansı bir xroniki xəstəliyin mövcudluğunu müəyyənləşdirir.
Bu yaralar ən çox ayaqlarda aşağı hissənin üçdə birində əmələ gəlir. Bu nahiyədə dərinin incə olması səbəbi ilə baş verir.
Aşağı ətraf varikoz genişlənmiş damarlarının fonunda trofik yaraların müalicəsi bir fleboloq tərəfindən aparılır.
Bu yaraları müalicə etmək çox çətindir. Lakin müalicə edilməzsə, onda başqa bir fəsadlara səbəb ola bilər. Bu yaralar infeksiya təhlükəsi və uzunmüddətli bir xəstəlikdir. Gigiyena və antiseptik qaydalara diqqət edilmədiyi zaman inkişaf edir. Bu vəziyyətdə trofik yaraların müalicəsi antibiotiklərin istifadə edilməsi ilə başlanır. Eyni zamanda, evdə müalicə qəbuledilməzdir. Bu vəziyyət xüsusi tibbi yardım tələb edir.
Trofik yaralar meydana gəldiyində, müalicə adətən iltihab prosesinin şiddətinin azalması ilə başlanır.
Varikoz genişlənmiş damarların fəsadlarının ən yaxşı şəkildə qarşısının alınması ilkin mərhələlərdə varikozun müalicəsidir.
Varikoz genişlənmiş damarlarından qanaxma
Varikoz genişlənmiş damarlarından qanaxma, çox yaxşı ki, nadir hallarda baş verir. Ancaq əgər qanaxma inkişaf etsə, onda xüsusi hazırlıq olmadan öhdəsindən gəlmək olmaz. Təcili tibbi yardım qrupunu çağırmaq çox vacibdir.
Qanaxma adətən özbaşına baş vermir. Bu hər hansı bir fiziki təsir ilə baş verir. Varikoz genişlənmiş damarlarının damar divarı incə olması kiçik bir sıxılma ilə zədələnmə qanaxmaya səbəb ola bilər.