Ayaq damarlarının Radiofrekans Ablasiyası

Radiofrekans Ablasiya nədir?
Radiofrekans Ablasiya ayaq damarlarının genişlənməsinin müalicəsində yüksək texnologiyalı bir prosedurdur. Bu üsul patoloji olaraq genişlənmiş varikoz damarların qan dövranı sistemindən çıxarılmasına yönəldilmişdir. Radiofrekans Ablasiyası texnologiyası ilk dəfə 1998-ci ildə təklif olunmuş, lakin bundan bir neçə il sonra qəbul edilmişdir. Artıq damarların Radiofrekans Ablasiyası bütün dünyada istifadə edilir və ayaq damarlarının varikoz xəstəliyini müalicə edən digər əməliyyat metodları kimi tətbiq olunmaqdadır. Bu metodun mahiyyəti yüksək radiodalğaların damar divarında hərəkət etdirilməsidir. Eyni zamanda prosedur zamanı patoloji olaraq genişlənmiş damarlar “yapışır”. Daha sonra varikoz genişlənmiş damarların təkrar inkişafı baş vermir.
Ayaq damarlarında Radiofrekans Ablasiyası kimlərə göstərişdir?
Radiofrekans Ablasiya proseduru ayaq damarlarında varikoz xəstəliyi olan insanlar üçün istifadə edilməkdədir. Həkim-fleboloq bu proseduru CEAP beynəlxalq təsnifatına uyğun olaraq varikozun C2 mərhələsi üçün tövsiyyə edə bilər. Yaşlı və klassik Flebektomiya əməliyyatının edilməsi qadağan olan insanlar üçün də Radiofrekans Ablasiya prosedurunun köməyi ilə varikoz damarların müalicəsinə icazə verilir.
Radiofrekans Ablasiya necə həyata keçirilir?
Radiofrekans Ablasiya ambulatoriya əsasında aparılır. Ultrasəsin nəzarəti altında həkim-fleboloq patoloji genişlənmiş damar sahəsində kiçik bir işarə çəkir. Damar boşluğuna kateter daxil edilir. Varikoz damarın ətrafı lokal anesteziyaya məruz qalır. Ağrısız təsirə əlavə olaraq, lokal anesteziyanın köməyi ilə ətrafdakı toxumalar istilik təsirindən qorunur. Yüksək radiodalğalar damar boşluğunda hərəkət edir və yaranmış istilik enerjisinə görə damar divarlarının “yapışdırılması” baş verir. Həkim-fleboloq tədricən kateteri damardan çıxarır. Prosedur ortalama olaraq 30-60 dəqiqə davam edir (bu müddət təsirlənmiş damarın uzunluğuna görə dəyişir). Kateterin giriş nöqtəsi yapışan bandla mühafizə olunur. Prosedurdan dərhal sonra ayaqlar elastik bintlərlə sarınmalıdır və ya sıxılma trikotajdan istifadə olunmalıdır.
Radiofrekans Ablasiyasının üstünlükləri hansılardır?
- ambulatoriya əsasında aparılır;
- ümumi anesteziya tələb etmir;
- sürətli bərpa müddəti;
- pasiyent rahat hərəkət edə bilər;
- pasiyent əməliyyatdan dərhal sonra xəstəxanadan çıxa bilər.
Beləliklə, Radiofrekans Ablasiya varikoz damarlarının digər bir müalicə metodu olan Endovasal Lazer Ablasiya üsulu ilə oxşar xüsusiyyətlərə malikdir.
Bu iki müasir üsul arasındakı fərq ondan ibarətdir ki, Radiofrekans Ablasiyada Radiofrekans generatoru yüksək radiodalğaların fəaliyyət müddətini və hərəkət müddətini müstəqil şəkildə özü müəyyənləşdirir. Endovasal Lazer Ablasiya aparatının iş rejimi isə təcrübəli həkim-fleboloq tərəfindən müəyyən edilir.