Varikoz damarların müalicəsi ağrılıdırmı?

Ayaqlarda varikoz genişlənmiş damarları ağrısız şəkildə müalicə etmək mümkündürmü?
Varikoz damarların müalicəsi həkim-fleboloq tərəfindən edilməlidir. Bu sual həkim-fleboloqa ən çox verilən suallardan biridir. Təəssüf ki, bu suala birmənalı bir cavab yoxdur. Məsələ ondan ibarətdir ki, bu sualın cavabı pasiyentin mütəxəssisə yardım üçün müraciət etdiyi vaxtdakı varikoz genişlənmiş damarların inkişaf mərhələsindən asılıdır.
Varikoz damarlarının ilkin mərhələlərində həkim-fleboloq konservativ müalicəni təyin edir. İlkin mərhələdə bir çox pasiyentlərin şikayəti günortadan sonra ayaqlarında yorğunluq hissinin baş verməsidir. Konservativ müalicə dedikdə, dərmanların qəbul edilməsi, məlhəm və gellərdən istifadə nəzərdə tutur. Xəstəliyin inkişafının bu mərhələsində ayaqlarda varikoz genişlənmiş damarların müalicəsi tamamilə ağrısızdır.
İrəliləmiş mərhələdə varikoz damarların müalicəsi
Varikoz xəstəliyinin daha çox inkişaf etmiş mərhələlərində pasiyent həkim-fleboloqa müraciət etdikdə, müalicə zamanı yalnızca terapevtik dərmanların, məlhəm və gellərin istifadəsi kifayət qədər effektiv deyildir.
Pasiyent ayaq dərisində “damar ulduzcuqlar”ının görünüşündən şikayət edirsə, həkim-fleboloq Skleroterapiya müalicəsini təyin edə bilər. Skleroterapiya varikoz damarların müalicəsi üçün minimal invaziv bir üsuldur. Skleroterapiya proseduru orta hesabla 10-15 dəqiqə çəkir və nazik iynə ilə həyata keçirilir. Bu baxımdan Skleroterapiya lokal və ümumi anesteziya istifadə edilmədən həyata keçirilir. Müalicə zamanı pasiyent xoşagəlməz hal hiss edə bilər ki, bunu da olduqca tez və yüngül keçirə bilər.
Varikoz damarlarının daha inkişaf etmiş simptomları (ayaqlarda ağırlıq, yorğunluq, şişkinlik, dəri səthində damar çıxıntılarının görünüşü) müşahidə edildikdə, həkim-fleboloq cərrahi müdaxiləni tələb edir. Bunlara klassik Flebektomiya, Miniflebektomiya, Endovasal Lazer Ablasiyası və aşağı ətraf damarlarının Radio Ablasiyası daxildir. Klassik Flebektomiya ümumi anesteziya altında həyata keçirilir, lakin bu gün üçün bu əməliyyat artıq ikinci plana keçmişdir.
Müasir dövrdə varikoz genişlənmiş damarların müalicəsində daha təhlükəsiz və daha təsirli üsullar istifadə olunur. Lokal anesteziya altında Flebektomiya, Miniflebektomiya, Endovasal Lazer Ablasiyası və aşağı ətraf damarlarının Radio Ablasiyası kimi cərrahi müdaxilələr həyata keçirilir. Lokal anesteziya sayəsində pasiyent əməliyyat zamanı heç bir ağrı hiss etmir və əməliyyat sonrası dövrü daha rahat keçirir.
Buradan belə nəticə çıxarmaq olar ki, aşağı ətrafların varikoz damarlarının müalicəsinə xəstəliyin erkən mərhələlərində başlamaq lazımdır. Çünki bu vəziyyətdə müalicə ən ağrısızdır. Xəstəliyin erkən mərhələsində müalicəyə başlamaqdan qorxmamalısınız. Təcrübəli həkim-fleboloq zəruri hallarda müalicə və anesteziyanı təyin edəcəkdir.